Accessibility links

Pərviz Müşərrəf dövlətə xəyanət ittihamının 5 maddəsi üzrə mühakimə olunub


Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf dövlətə xəyanət ittihamının 5 maddəsi üzrə mühakimə olunub. Məhkəmə hərbi rejimuzun uzun müddət hökm sürdüyü ölkədə mülki idarəçiliyin ilk mərhələsi hesab edilir.

Günahsız olduğunu iddia edən Müşərrəfin məhkəməsi İslambadda təşkil edilib. O, məhkəmədə xain olmadığını və hakimiyyəti dövründə Pakistanın yüksək inkişaflara nail olduğunu deyib.

Müşərrəf dekabr ayında başlanan prosesin gedişi müddətində ikinci dəfədir ki, məhkəmə qarşısına çıxır.

Dövlətə xəyanət hökmü onun 2007-ci ildə konstitusiyanı ləğv edərək, ölkədə fövqəladə vəziyyət elan etməsi ilə əlaqəlidir.

Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. 2008-ci ildə istefa verərək ölkəni tərk edən sabiq prezident ötən ilin may ayında seçkilərdə iştirak etmək üçün Pakistana qayıdıb. Lakin bir sıra qanuni məsələlərə görə seçki prosesinə qatıla bilməyib.

Günahkar tanındığı təqdirdə onu ölüm cəzası gözləyir.
XS
SM
MD
LG