Accessibility links

Pakistan rəsmiləri deyir ki, prezident Asif Əli Zərdari ABŞ-ın Çikaqo şəhərindən keçiriləcək qarşıdan gələn NATO sammitinə qatılıcaq. Pakistanın Nazirlər Kabineti Əfqanıstanda vəziyyətinin müzakirə olunacağı zirvə görüşünə dəvəti son anda dəstəkləyib.

NATO rəsmiləri bu həftənin əvvəli prezident Zərdariyə iştirak üçün dəvət göndərmişdi. Bu, Pakistanın Əfqanıstana gedən beynəlxalq qüvvələrin təchizat yollarını yenidən aça biləcəyini deməsindən sonra baş vermişdi.

Altı ay əvvəl ABŞ-ın Əfqanıstanla sərhəddə səhvən Pakistanın 24 əsgərini öldürməsindən sonra İslamabad etiraz əlaməti olaraq təchizat yollarını bağlamışdı.

Hər iki tərəf bazar günü keçiriləcək NATO sammitinədək blokadaya son qoyacaq razılıq əldə etmək üzərində iş aparır.

XS
SM
MD
LG