Accessibility links

Pakistan NATO konvoylarının ərazisindən keçməsinə icazə vermir


Pakistan NATO konvoylarının ərazisindən keçməsinə icazə vermir

Pakistan NATO konvoylarının ərazisindən keçməsinə icazə vermir

Pakistan baş naziri Yusif Rza Gilani BBC-yə bildirib ki, ölkə bir neçə həftə Əfqanıstana gedən NATO konvoylarının qarşısını almağa davam edəcək.

Təchizat yolları noyabrın 26-sı NATO-nun 24 Pakistan əsgərini öldürən hücumunun ardınca bağlanmışdı.

Pakistan habelə ABŞ hərbi qüvvələrinin ölkənin cənub-qərbindəki hərbi bazanı başaltması barədə göstəriş vermişdi. Dünən sonun ABŞ personalı bazanı tərk edəndən sonra Pakistan ordusu Bəlucistandakı bazanın nəzarətini öz üzərinə götürüb.

Vaşinqton bu bazadan Paksitan-Əfqanıstan sərhədi boyu səpələnən Əl-Qaidə və Talibana yaraqlılarına qarşı hava hücumları üçün istifadə edirdi.

Pakistan NATO hücumundan qaynaqlanan ictimai qəzəbə görə ABŞ qoşunlarına bazadan çıxmaq göstərişi verib.

XS
SM
MD
LG