Accessibility links

Pakistanda NATO-ya təchizat daşıyan yük maşınına hücum olub


Pakistanın cənub-qərb bölgəsində NATO-ya təchizat daşıyan yük maşınının sürücüsü maşın yandırılmazdan əvvəl silahlılar tərəfindən qətlə yetirilib. Hücumun Əfqanıstan və İranla sərhəd Bəlucistan vilayətindəki üsyançıların nəzarətində olan Kvetta şəhərindən 400-km-lik məsafədə həyata keçirildiyi bildirilir.

Talibanın ali ruhani rəhbəri Mövlanə Sami-Ül-Haq belə hücumları dəstəklədiyini və bununla NATO qüvvələrinə Pakistan vasitəsi ilə təchizatı daşınmasının qarşısının alındığını deyib.

Bu arada, Pakistanın Qucrat şəhər universitetinin professoru Seyid Şabbir Hüseyn Şah işə gedərkən sürücüsü ilə birlikdə qətlə yetirilib. Polis professor Şahın şiə təriqətindən olduğunu və müsəlman sünnilər tərəfindən qətlə yetirildiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG