Accessibility links

Pakistanda NATO konvoyuna hücum olub


Əfqanıstanla sərhəd bölgəsində baş verən hadisə nəticəsində 4 əsgər həlak olub

Pakistan rəsmilərinin məlumatına görə ölkənin şimal-qərbində yaraqlıların NATO konvoyuna hücumu nəticəsində altı nəfər həyatını itirib.

Hadisə, Əfqan sərhədi boyunca yerləşən Xeybər vilayətinin Cəmrud qəsəbəsi yaxınlığında baş verib.

Rəsmilər 15 yaraqlının raket və avtomat silahlardan istifadə edərək Əfqanıstandakı koalisiya qüvvələrinə sürsat daşıyan yük maşınına hücum etdiklərini deyib. Hücum nəticəsində yük maşınlarının yandığı deyilir. Ölənlər arasında sürücülər və onların köməkçiləri də olub.

Pakistanın şimal-qərbində yaraqlıların hıyata keçirdiyi hücumların artdığı müşahidə edilir.

Pakistan Əfqanistandakı NATO qüvvələrinə təchizat daşınması üçün transit yoldur. Bu vasitə ilə Kəraçi limanında təchizat Əfqanistan sərhəddinə daşınır.
XS
SM
MD
LG