Accessibility links

Nəvaz Şərif pilotsuz təyyarə hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb


Pakistanın baş naziri Navaz Şərif ABŞ prezidenti Barak Obamadan ölkəsində pilotsuz təyyarə hücumlarına son qoyulmasını xahiş edib. Pilotsuz təyyarə hücumları Pakistanda böyük narazılığa səbəb olub.

Ağ Evdə keçirdiyi görüşdən sonra cənab Şərif bu kimi hücumların dayandırılmasının vacibliyini bir daha vurğulayıb.

"Pakistan və ABŞ terrorizm əleyhinə mübarizədə əməkdaşlıq edir. Biz bu əməkdaşlığı daha da gücləndirmək istiqamətində işlər görməliyik" - deyə cənab Şərif bildirib.

Cənab Obama pilotsuz təyyarə hücumları barədə bir söz deməyib. O, iki ölkənin terrorizmə qarşı mübarizədə əməkdaşlığı daha da möhkəmləndirməkdən söhbət açıb.

Prezident Obama Pakistanın iqtisadiyyat və təhsil sahələrində inkişafa da ABŞ-ın dəstək verəcəyini bir daha təsdiqləyib.
XS
SM
MD
LG