Accessibility links

Nəvaz Şərif terrorizmə qarşı əməliyyatları intensivləşdirməyə söz verib


Pakistanın baş naziri Nəvaz Şərif Lahor şəhərində baş verən intiharçı bomba hücumundan sonra terrorismlə mübarizə əməliyyatlarını intensivləşdirəcəyini bildirib.

Bazar günü baş verən hücumda 30 uşaq daxil olmaqla, 72 insan həlak olub, 300 nəfər yaralanıb.

Televiziya ilə xalqa müraciətində Şərif tökülən "hər şəhid qanı üçün" cavab veriləcəyini deyib.

Hərbi rəsmilər təhlükəsizlik qüvvələrinin bir neçə əməliyyat keçirdiyini və şübhəliləri həbs etdiyini bildiriblər.

Hadisə ilə bağlı məsuliyyəti Talibanın Pakistan qolu öz üzərinə götürüb.

Şərif bu həftə nüvə sammitində iştirak etmək üçün Vaşinqtona səfərini ləğv edib.

Ağ Evin sözçüsü Con Earnest bazar ertəsi günü baş verən hücumu pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG