Accessibility links

Nyu York şəhərindəki bomba hücumu cəhdində şübhəli bilinən 6 pakistanlı həbs edilib


Nyu York şəhərindəki bomba hücumu cəhdində şübhəli bilinən 6 pakistanlı həbs edilib
Nyu York şəhərindəki bomba hücumu cəhdində şübhəli bilinən 6 pakistanlı həbs edilib

Həbs edilənlərdən Salman Əşrəf Xan adlı birinin İslamabadda şirkət sahibi olduğu deyilir

Xəbər verildiyinə görə, Birləşmiş Ştatlarla Pakistan arasındakı əldə edilən razılığa əsasən Nyu York şəhərinin Times meydanında maşına yerləşdirilmiş bomba hücumu cəhdində əli olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib. Rəsmilər həbs edilənlərdən Salman Əşrəf Xan adlı birinin İslamabadda xarici səfirliklər də daxil edilməklə, yüksək səviyyəli təşkilatların ziyafətlərini yeməklə təmin edən şirkətin sahiblərindən olduğunu bildirmişlər.

Birləşmiş Ştatların İslamabaddakı səfirliyi dünən ABŞ-ın Pakistanda çalışan hökumət işçilərini onları ərzaqla təmin edən şirkətin terrorçu qruplarla əlaqəsi ola bildiyini deyərək, əlaqəni kəsməyə çağırmışdır. Bunlara baxmayaraq, Xanın hansı səbəbdən həbs edildiyi tam aydınlaşdırılmayıb.

XS
SM
MD
LG