Accessibility links

Pakistan Nyu York şəhərindəki bomba hücumu cəhdi ilə bağlı təhqiqata yardım edir


Feysəl Şahzad

Feysəl Şahzad

Paksitanın daxili işlər naziri Rəhman Malik ABŞ-ın onun ölkəsindən Feysəl Şahzadla bağlı məlumatlar əldə etməsini xahiş etdiyini deyib

Pakistanın Daxili İşlər Nazirliyi hökumətinin Nyu Yorkun Tayms meydanında bomba hücumu həyata keçirməyə cəhd göstərən şəxsin Pakistandakı yaraqlılarla əlaqəsi olub-olmadığını müəyyənləşdirməyə çalışdığını bildirib. Bu gün İslamabadda müxbirlərlə danışan daxili işlər naziri Rəhman Malik deyib ki, Birləşmiş Ştatlar onun ölkəsindən Feysəl Şahzadla bağlı məlumatlar əldə etməsini xahiş edib.

Pakistanda anadan olmuş, 30 yaşlı Amerika vətəndaşı Feysəl Şahzad bazar ertəsi Birləşmiş Ştatları tərk etməyə hazırlaşarkən həbs edilmiş və ona qarşı keçən həftənin şənbə günü Nyu York şəhərində bomba hücumu həyata keçirmək cəhdi üzrə ittiham irəli sürülmüşdür. Cənab Malik deyib ki, ABŞ Şahzadın Cənubi Vəziristan bölgəsində olduğunu və Hikmətulla Məsud da daxil edilməklə, Taliban liderləri ilə görüşdüyünü bilir.

XS
SM
MD
LG