Accessibility links

Pakistanda bomba hücumu 10 nəfərin ölümünə səbəb olub


Pakistandan alınan məlumatda deyilir ki, bu gün ölkənin qəbilələrin yaşadığı şimal-qərb bölgəsində həyata keçirilən bomba hücumu 10 nəfərin ölümünə, 20-dən çox insasnın yaralanmasına səbəb olub.

Bomba hücumunun həyata keçirildiyi Əfqanıstanla Pakistan sərhəddi yaxınlığındakı Orakzay bölgəsində Talibanla Əl-Qaidə yaraqlılarına qarşı uzun müddətdir mübarizə aparılır.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
XS
SM
MD
LG