Accessibility links

Pakistan rəsmiləri ordunun Taliban döyüşçülərinə qarşı əməliyyatlara başladıqdan sonra 100 mindən çox insanın Əfqanıstanla sərhəd şimal-qərb ərazilərindən köçdüyüynü deyir.

Rəsmilər ordunun Şimali Vəziristanda yaraqlılara hücum etdiyini, ancaq neçə nəfərin öldürüldüyü barədə məlumat verməyib.

Döyüşlər mülkü insanların yaşadıqları ərazidən Pakistanın digər şəhərlərinə və sərhəddi keçərək Əfqanistan istiqamətində kütləvi şəkildə axışmasına səbəb olub.

Keçən həftə Kəraçidə yerləşən hava limanına militanların hücumundan sonra başladılan əməliyyatlar zamanı 200-dən çox üsyançının öldürüldüyü xəbər verilir.

Hərbi əməliyyatlar hökümətin Talibanın Pakistan qolu ilə aylardır apardığı sülh müzakirələrinə son qoyub.
XS
SM
MD
LG