Accessibility links

Pakistan ordusu Orakzay regionunda 40 militant öldürüb


Pakistan ordusu Orakzay regionunda 40 militant öldürüb

Pakistan ordusu Orakzay regionunda 40 militant öldürüb

Hökumət rəsmiləri deyir ki, kəndə daxil olmaq istəyən onlarla militant əsgərlərin əks hücumuna məruz qalıb

Pakistan ordusu bu gün ölkənin şimal-qərb regionunda iki ayrı-ayrı hücum nəticəsində 40 militantın öldürüldüyünü bildirib. Rəsmilərin sözlərinə görə, hər iki hücum Əfqanıstanla sərhəd yaxınlığındakı Orakzay ucqar regionunda keçirilib. Hökumət rəsmiləri deyir ki, kəndə daxil olmaq istəyən onlarla militant əsgərlərin əks hücumuna məruz qalıb. Bir neçə saat sonra əsgərlərlə yaraqlılar arasında regionun digər bir ərazisində toqquşma olub. Bu döyüşdə isə 12 militantın öldürüldüyü bildirilib. Ucqar ərazilərlə bağlantı məhdud olduğundan Pakistanın hərbi rəsmiləri bu rəqəmləri təsdiq edə bilmir. Pakistan qüvvələri bir qədər əvvəl ərazisini Cənubi Vəziristanda həyata keçirilmiş hərbi əməliyyatlardan qaçmış Taliban yaraqlılarından təmizləmək məqsədi ilə mart ayında Orakzai ərazisində hərbi əməliyyatlara başlayıblar.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG