Accessibility links

Pakistanın siyasi partiyalarından birinin üzvləri yerli televiziya kanalına hücum edib. Hadisə zamanı bir nəfər həlak olub və bir neçə nəfər yaralanıb.

Onlarla kişi və qadın ARY televiziya kanalının ofisini talan edib və ofisin həyətindəki avtomobillərə od vurub.

Qarşıdurma MQM partiyasının lideri Altaf Hüseynin öz tərəfdarları ilə telefon vasitəsiylə Londandan danışandan sonra başlayıb. O, 1992-ci ildən bəri Londonda mühacirət həyatı sürür. Hüseyn tərəfdarlarını onun partiyasının fəaliyyətini kifayət qədər işıqlandırmadığı üçün bir neçə televiziya kanalına hücum etməyə səsləyib.

Pakistandakı televiziya kanallarına Hüseynin çıxışının yayımlamasına məhkəmə tərəfindən qadağa qoyulub. Məhkəmə onun əvvəlki bəyanatlarının dövlət əleyhinə mahiyyət daşıdığını hesab edir.

MQM parityası Kəraçidə ticarət şəbəkəsinə nəzarət edirdi. Lakin partiya şəhərdə cinayət və zorakılıqların aradan qaldırılması məqsədilə aparılan yarı hərbi əməliyyatlardan sonra nüfuzunu getdikcə itirməyə başlayıb.

XS
SM
MD
LG