Accessibility links

Pakistanda intiharçı hücumu 8 adamın ölümülə nəticələnib


Qvettada intiharçı hücumundan sonra yaralı qızı daşıyan yaralı oğlan təhlükəsiz yerə qaçır
Qvettada intiharçı hücumundan sonra yaralı qızı daşıyan yaralı oğlan təhlükəsiz yerə qaçır

Pakistanın cənub-qərbində yerləşən Qvetta şəhərində şənbə günü intharçı bomba hücumu nəticəsində 8 adam həyatını itirib, çox sayda adam yaralanıb.

Bəlucistan vilayətinin Daxili İşlər naziri Əkbər Durrani müxbirlərə deyib ki, velosiped sürən şəxs yarı-hərbi qüvvələrin personalını daşıyan yük maşınına yaxınlaşaraq üzərindəki bombanı partladıb. O, hadisə ilə bağlı təhqiqatın başlandığını bildirib.

Xəstəxana müdiriyyəti güclü partlayış nəticəsində xəsarət almış təxminən 20 nəfərin qəbul edildiyini təsdiqləyib. Yarı-hərbi qüvvələrin personalının 10 üzvünün onlar arasında olduğu, qalanların isə mülki vətəndaşlar olduğu bildirilib.

Hücuma görə məsuliyyəti Pakistanda Taliban qüvvələri öz üzərinə götürüb. Qrupun sözçüsü hücumun intiharçı dəstəsinin üzvü tərəfindən həyata keçirildiyini bildirib.

Ekstremistlərin zorakılıqları ilə yanaşı, Bəlucistanda separatçı etnik Bəluc yaraqlıları da təhlükəsizlik qüvvələri və hökumət binalarına hücumlara görə məsuliyyət daşıyır.

Əfqanıstanda Taliban qrupunun döyüşçüləri Pakistanın təbii ehtiyatlarla zəngin bu vilayətində sığınacaq taparaq, qonşu ölkədə və Pakistanın özündə hücumlar həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG