Accessibility links

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün vətəninə qayıdıb.

Müşərrəf baş nazir Benazur Bhuttonun sui-qəsdi ilə bağlı həbs edilməsin deyə 2008-ci ildə istefa verdikdən sonra ölkəsini tərk etmişdi. Sabiq prezident hadisə ilə heç bir əlaqəsi olmadığını deyir.

Kəraçidə tərəfdarları qarşısında çıxış edən Müşərrəf geriyə qayıtmaqla həyatını təhlükə altına saldığını deyib.

Pakistan Talibanı Pərviz Müşərrəf ölkəyə qayıtsa, ona qarşı sui-qəsd həyata keçirəcəyi ilə hədələyib.
XS
SM
MD
LG