Accessibility links

Pərviz Müşərrəfi Pakistanda həbs gözləyir

  • Amerikanın səsi

Pərviz Müşərrəfi Pakistanda həbs gözləyir

Pərviz Müşərrəfi Pakistanda həbs gözləyir

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf söz verdiyi kimi vətənə dönsə həbs ediləcək.

Prokuror Çodri Zülfuqar Əli bu gün müxbirlərə deyib ki, hökumət keçmiş prezidentin həbsinə dair qüvvədə saxlayıb cənab Müşərrəfi həbs edəcək.

Həbsə dair order Pərviz Müşərrəfin 2007-ci ildə keçmiş baş nazir Benzir Bhuttonun qətli ilə əlaqədar olduğuna dair iddialarla bağlıdır. Cənab Müşərrəf hücuma görə Pakistanda Talibanı günahlandırmışdı. Lakin prokurorlar hadisə onun rolu olduğunu bildirir.

Cənab Müşərrəf 2008-ci ildə Pakistanı tərk edərək London və Dubayda yaşayır. Keşmiş prezidentin özü və ona yaxın adamlar onun yaxın zamanlarda Pakistana dönəcəyinə işarə edirdi.

Assoşieyted Press agentliy cənab Müşərrəfin Pakistanın xəbər agentliyinə bu ayın sonu vətənə dönəcəyini dediyi haqda xəbər yayıb.

Xaricdə yaşamasına baxmayaraq, cənab Müşərrəf Bütün Pakistanlıların Müsəlman Liqasına başçılıq edir.

XS
SM
MD
LG