Accessibility links

Pakistan prezidenti Asif Əli Zərdari ilk rəsmi səfərlə Rusiyadadır


Pakistan prezidenti Asif Əli Zərdari ilk rəsmi səfərlə Rusiyadadır

Pakistan prezidenti Asif Əli Zərdari ilk rəsmi səfərlə Rusiyadadır

Pakistan prezidenti Asif Əli Zərdari Üsama Bin ladenin öldürülməsindən bir həftə sonra ilk rəsmi səfərlə Rusiyadadır. Sabah onun Rusiya prezidenti Dmitri Medvedevlə görüşü planlaşdırılıb. Tərəflər regional əməkdaşlıq, terrorizm, turizm və iqtisadi məsələləri müzakirə edəcək. Şimali Qafqazda islam ektremistlərinə qarşı mübarizə aparan Rusiya prezidenti Bin Ladenin öldürülməsini alqışlayaraq, bunun onun ölkəsinin təhlükəsizliyinə bilavasitə təsiri olduğunu deyib. Rusiya lideri Əl-Qaidə rəhbərinin məhv edilməsini böyük uğur kimi qiymətləndirib. Dmitri Medvedev bundan əlavə ABŞ-ın başçılığı altındakı qüvvələrin Əfqanıstanda Talibanlara qarşı müharibəsini də müsbət dəyərləndirib.

XS
SM
MD
LG