Accessibility links

Pakistan prezidenti ölkənin təbii fəlakətlərə məruz qaldığı bölgələrə səfər edib


Pakistan prezidenti ölkənin təbii fəlakətlərə məruz qaldığı bölgələrə səfər edib

Pakistan prezidenti ölkənin təbii fəlakətlərə məruz qaldığı bölgələrə səfər edib

Asif Əli Zərdari təbii fəlakətlərə məruz qalan bölgələrə ilk dəfə gedib

Pakistan prezidenti Asif Əli Zərdarinin ilk dəfə ölkənin təbii fəlakətlərə məruz qaldığı bölgələrə səfər etdiyi bildirilir. Cənab Zərdari bu gün təyyarə ilə ölkənin cənubundakı Sokkur şəhərinə gedərək, dəymiş zərərin miqyası və xilasetmə əməliyyatlarının gedişatını nəzərdən keçirib. Cənab Zərdari təbii fəlakətin baş verdiyi bölgələrə Avropaya səfərindən dərhal sonra gedib.

Ölkənin baş naziri Yusuf Raza Gilani də bu gün sellərin baş verdiyi bölgələrə gedərək, milyonlarla zərər çəkən insana yardım ediləcəyinə söz verib. O, sellərin çox ziyan vurduğu Bəlucistan regionunda olmuş və hökumətin buraya lazımi yardım göstərəcəyini demişdir.

XS
SM
MD
LG