Accessibility links

Pakistanın Puncab regionunda iki qatarın toqquşması nəticəsində altı nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Rəsmilər bildirib ki, Peşəvərdən Kəraçiyə gedən ekspress sərnişin qatarı Multan şəhərindən 25 kilometr məsafədə yerləşən dəmir yolu stansiyasında stasionar yük qatarı ilə toqquşub.

Zərbədən ekspress qatarın sərnişinlə dolu dörd vaqonu aşıb.

Müsəlmanların Qurban bayramı səbəbindən təcili yardım hadisə baş verən yerə gecikib.

XS
SM
MD
LG