Accessibility links

Pakistan qüvvələri Kəraçi hava limanında Talibanın 36 adamın ölümülə nəticələnmiş əməliyyatından 48 saatdan az bir vaxt ərzində daha bir hücumun qarşısını alıb.

Hava limanı təhlükəsizliyi qüvvələrinin rəis müavini, polkovnik Tahir Əli müxbirlərə motosikletli silahlı şəxslərin təlim akademiyasına hücum etdiyini, lakin təhlükəsizlik qüvvələrinin müqaviməti ilə qarşılaşandan sonra geri çəkildiklərini deyib.
Pakistanın maliyyə mərkəzi və liman şəhəri olan Kəraçidə bu son insident zamanı xəsarət alanların olmadığı bildirilir.

Pokovnik Tahir Əli hücumçuların axtarışı əməliyyatının davam etdiyini bildirib. Mülki Aviasiya idarəsi Kəraçi yaxınlığındakı hava limanına və oradan uçuşları müvəqqəti dayandırdıqdan bir qədər sonra aeportun fəaliyyəti bərpa olub.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən Taliban qüvvələri zorakılıqların davam etdiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

İnsident Kəraçinin Cinna beynəlxalq hava limanının Taliban qüvvələri tərəfindən beş saat müddətinə mühasirəyə alınmasının ardınca baş verib.

Pakistanın Baş naziri Nəvaz Şərif hava limanına hücumla bağlı vəziyyətin nəzərdən keçirilməsi məqsədilə hərbi qüvvələr və hökumət rəsmilərinin iştirakı ilə iclas keçirib.
XS
SM
MD
LG