Accessibility links

Pakistan polisi Əl-Qaidənin Cənubi Asiya qanadının beş şüphəli üzvünü həbs edib. Həbs olunanlar arasında qrupun Kəraçidəki liderinin də olduğu bildirilir.

Təhlükəsizlik rəsmiləri bildirib ki, Şahid Usman və digər dörd şüphəli bu həftə Pakistanın cənubundakı liman şəhərində həbs olunub.

Rəsmilər Usmanı Əl-Qaidanın Kəraçi qolunun rəhbəri kimi qələmə verib.

Əl-Qaidə sentyabr ayında Cənubi Asiya qolunun yaradıldığını bildirib. Qrupun lideri Ayman Əl-Zəvahiri isə cihad bayrağını və islam qanunlarını Hindistan yarımadasına yayacağı ilə təhdid edib.

İnternetdə yayımlanan 55 dəqiqəlik videoda Zəvahiri deyib ki, Əl-Qaidənin yarımadadakı yeni qolu Hindistanın Qucarat, Assam, Kəşmir ştatları, Banqladeş və Burma kimi tanınan Myanmar bölgələrində müsəlmanlara qarşı haqsızlıq və zülmdən qoruyacaq.

Təhlükəsizlik məsələləri üzrə təhlilçilər Əl-Qaidənin bu addımını hazırda İraq və Suriyada böyük əraziləri ələ keçirmiş İslam Dövləti qrupundakı rolunu itirdiyinə görə atdığını ehtimal edir.

XS
SM
MD
LG