Accessibility links

Pakistan qısa mənzilli raketi sınaqdan keçirib


Pakistan hərbi qüvvələri nüvə başlıqları daşımağa qadir olan qısa mənzilli raketi uğurla sınaqdan keçirdiklərini xəbər verirlər.

Müdafiə nazirliyinin açıqladığı bəyanatda deyirlir ki, Hatf 9 modelli raket 60 kilometr məsafəni qət edə bilir və yaxın ətrafdakı təhlükələri zərərsizşləşdirmək iqtidarındadır.

General-Leytenant Xalid Əhməd Kidvay bu sınağın Pakistanın çəkindirici qüvvəsinə müsbət təsir göstərdiyini və regional sülhə töhfə verdiyini deyir.

Bu, aprel ayından bəri Pakistanın üçüncü ballistik raket testi idi. Bu yaxınlarda Hindistan Pekinədək məsafəni qət edə biləcək nüvə başlıqlı raketi uğurla sınaqdan keçirdiyini bildirmişdi.

XS
SM
MD
LG