Accessibility links

Kvettada şiələrin dəfninə başlanılıb


Pakistanın cənub-qərbindəki Kvetta şəhərində şiələr sünnilərin Ləşkəri-Canqvi
yaraqlı qrupunun bomba hücumu nəticəsində qətlə yetirilən 89 nəfərin dəfninə başlayıb.

Bomba hücumundan sonra minlərlə etirazçı bir araya gələrək, hökumətin şiələrin təhlükəsizliyini qorumayınca ölənləri dəfn etməyəcəklərini deyiblər. Bir neçə gün davam edən nümayişlərdən sonra etirazçılar çərşənbə axşamı nümayişləri dayandıraraq, cəsədlərin dəfninə başlayıb.

Bir neçə saat əvvəl isə bomba hücumunda əli olmaqda şübhəli bilinən dörd yaraqlının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü xəbər verilib. Yerli media dünən Kvettada keçirilən axtarış əməliyyatları zamanı keçən həftənin şənbə günü həyata keçirilən bomba hücumunda əli olmaqda şübhələnilən 7 nəfərin də həbs edildiyini bildirib. Balucistan vilayəti boyu isə 170 nəfərə qədər insanın nəzarət altına alındığı deyilir.
XS
SM
MD
LG