Accessibility links

Pakistan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya qoşulmağı nəzərdən keçirir


Koalisiya Yəməndə Huti üsyançılarına qarşı mübarizə aparır

Bazar ertəsi Pakistanın müdafiə naziri Kavaca Muhammas Asif bildirib ki, Səduyyə Ərəbistanı Pakistanın hərbi rəsmilərindən Yəməndə üsyançılara qarşı mübarizə aparan koalisiyaya yardım məqsədilə quru qüvvələr, təyyarələr və hərbi gəmilər göndərməsini istəyib.

Parlamentdə debatların əvvəlində çıxış edən cənab Asif iki həftə öncə prezident Əbd-Rabbu Masur Hadiyə dəstək olaraq Huti üsyançılarına qarşı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya qoşulub-qoşulmamaq məsələsini müzakirə edib. Prezident Hadi ötən ay ölkədən qaçaraq Riyada gedib.

Pakistan ümumi səylərə yardım etməyə söz verib, lakin hər hansı bir konkret əməliyyatda yer alacağını vəd etməyib. Baş nazir Nəvaz Şərif Səudiyyə Ərəbistanının xarici hücumlardan qorunmalı olduğunu deyib. Keçən ilin sentyabr ayında Yəmənin paytaxtını ələ keçirən, daha sonra isə ötən ay cənubda yerləşən Ədən şəhərinə doğru irəliləyən Hutilərə qarşı mübarizə səylərinə Səudiyyə Ərəbistanı sərhədində üsyançı hücumları daxildir.

Hutilər və hökümət qüvvələri arasında döyüşlər davam etdiyi zaman Qırmızı Xaç təşkilat Yəmənə çatdırılması nəzərdə tutulan 48 ton tibbi təchizatı göndərə bilmədiyini bildirib. Təşkilat yardımın çatdırılması üçün təsdiq aldığını, lakin müharibə şəraitində olan ölkəyə uçuşlarla bağlı naratlıqlara görə prossesin ləngidiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG