Accessibility links

Pakistanda şiələrin məbədinə edilən hücum zamanı ölənlərin sayı artır


Pakistanın cənub bölgəsində şiələrin məbədində intiharçı hücumu azı 80 nəfərdən çoxunun ölümünə, 250 nəfərə qədər insanın yaralanmasına səbəb olub.

Sufi məbədində törədilən hücum zamanı həlak olanlar arasında qadın və uşaqlar da var. Sehvan Şərif məbədi Sind vilayətində yerləşir. Xilasedicilər ölənlərin sayının artacağını təxmin edirdi.

Terror hücumları Əfqanıstanın düşmən qüvvələri tərəfindən yönləndirilir

Ordu spzçüsü qüvvələr, vertolyotlar və C-130 təyyarəsinin xilas əməliyyatlarına cəlb edildiyini deyib.

Bəlucistan vilayətində isə hərbi konvoy bombaya tuş gəlib. 3 əsgərin öldüyü, 2-nin isə yaralandığı bildirilir.

Pakistanda bu həftə intiharçı və digət hücumlar nəticəsində onlarla insan həyatını itirib, yaralanıb.

Ən ağır hücum bazar ertəsi 14 nəfərin ölümü və 100-dən çox insanın yaralanması ilə Lahor şəhərində qeydə alınıb.

Hücumların məsuliyyətini Taliban üzərinə alıb.

General-mayor Asif Qafurun bildirdiyinə görə, terror hücumları Əfqanıstanın düşmən qüvvələri tərəfindən yönləndirilir.

Kabil isə iddiaları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG