Accessibility links

Pakistanda 14 yaşlı qızı güllə ilə vuran talibançının kimlliyi müəyyən edilib


Qadınların təhsil hüquqlarını müdafiə edən14 yaşlı Malala Yusifzainin vəziyyətinin sabitləşdiyi bildirilir

Pakistanın daxili işlər naziri Rəhman Məlik Taliban qrupu əleyhinə çıxış edib, qadınların təhsil hüquqlarını müdafiə edən yeniyetmə qızı güllə ilə vuran talibançının kimliyinin müəyyən edildiyini və yaxın zamanda həbs ediləcəyini bildirib.

Nazir Peşəvarda hərbi xəstəxanadakı həkimlərin başı və boyun nahiyəsindən vurulmuş 14 yaşlı Malala Yusifzainin boynundan gülləni çıxarmasından sonra onun vəziyyətinin sabitləşdiyini deyib. Rəhman Məlik bildirib ki, Svat vadisində Talibanı dəstəkləyən hər bir kəs buna son qoymalıdır. O həmçinin deyib ki, islam dinində uşaqlara qarşı belə hücumlara yol verilmir.

Pakistan silahlı qüvvələrinin komandanı general Aşfaq Kiyani Malala Yusifzaiyə xəstəxanada baş çəkib və hücumçuları qınayıb. General yaraqlılara qarşı mübarizə aparmağa söz verib.

Pakistanın siyasi və dini liderlərilə yanaşı, Əfqanıstan prezidenti Həmid Karzai və ABŞ rəsmiləri hücumu pisləyib.

ABŞ Dövlət katibi Hillari Klinton Malala Yusifzainin cəsarətini yüksək qiymətləndirərək, islamçı yaraqlıların qadının gücü qarşısında zəiflədiyini deyib.

Malala Yusifzai BBC şirkətinin veb sahəsində Gul Makai adı altında bloqunda Talibanın törətdikləri vəhşiliklər haqda yazırdı.

Yeniyetmə qız rəfiqlərilə yaşadığı Svat vadisində məktəbdən qayıdan zaman hücuma məruz qalıb. Hücum zamanı daha iki qız da yaralanıb.

Svat vadisində məktəblər Malalanın güllə vurulmasına etiraz olaraq bağlı qalır. İslamabad, Peşəvar və Pakistanın digər şəhərlərində hadisəyə etiraz əlaməti olaraq nümayişlər keçirilib.

Malaya Yusifzainin müalicə olunmaq məqsədilə xaricə aparılması üçün bütün hazırlıqlar görülsə də, həkimlər onun hələ uçuşa hazır olmadığını bildirib.

Taliban qızın vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. Talibanın sözçüsü Malala Yusifzainin Qərb tərəfdarı olduğunu, qrupun əleyhinə çıxış etdiyini və ABŞ prezidenti Barak Obamanı öz idealı hesab etdiyini deyib.


Malala Yusifzai
please wait
Embed

No media source currently available

0:00 0:00:40 0:00

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG