Accessibility links

Misir prezidenti Əbdül Fəttah Əl-Sissi bazar günü yeni anti-terror qanunu imzalayıb. Yeni qanuna əsasən terror hücumlarında əli olanlar ölüm və ya ömürlük həbs cəzasına məhkum ediləcək. Terror haqda saxta məlumat verənlər isə böyük məbləğdə cərimə ödəməli olacaq.

Cənab Sissi anti-terror qanununa imza atacağına hələ iyun ayında, ölkənin baş prokuroru bomba hücumu zamanı öldürüldükdən sonra söz vermişdi. O, hücumda 2013-cü ildə hakimiyyətdən devrilən islamçı prezident Məhəmməd Mursinin başçılıq etdiyi və hökumətin terrorçu təşkilat kimi tanıdığı "Müsəlman Qardaşları" qrupunu günahlandırmışdı.

Prezidentin imzaladığı yeni qanunda deyilir ki, terrorçu qrupu yaradan və ya terrorçu qrupun üzvü olanlara qarşı ölüm cəzası, terrorçuları maliyyələşdirənlərə ömürlük həbs cəzası, terror hücumlarına fitva verənlərə həbs cəzası hökmü çıxarılacaq.

Yeni qanuna əsasən hökumətin hər hansı hücumla bağlı açıqladığı rəsmi ittihama qarşı olan jurnalistlər 25 mindən 64 min dollara qədər cərimə olunacaq.

XS
SM
MD
LG