Accessibility links

Pakistanın yarı-hərbi qoşunları əsas siyasi partiyalardan birinin Kəraçi şəhərindəki baş qərargahında reyd keçirib. Rəsmilər deyir ki, reyd zamanı axtarışda olan şübhəlilər ələ keçirib və silah-sursat müsadirə edilib.

Reyd Pakistanın ən çox əhalisi olan şəhərdə əsas siyasi qüvvə hesab edilən Muttahida Quami Hərəkatının (MQM) ofisini hədəf alıb.

Polkovnik Tahir Mahmud deyib ki, partiya cinayətkarlara sığınacaq verib və reyd zamanı 6 kriminal ələ keçirilib.

Əməliyyatın siyasi motivli olduğunu deyən MQM rəsmiləri ofisdən tapılan silahlıların qanuni qeydiyyatdan keçdiyini bildirib.

Rəqibləri MQM-i təsir qabiliyyətini artırmaq üçün zorakı gücdən istifadə etməkdə günahlandırsalar da, partiya ittihamları rədd edir.

XS
SM
MD
LG