Accessibility links

Pakistanın şimal-qərb regionuna havadan hücum həyata keçirilib


Birləşmiş Ştatlara aid olduğundan şübhələnilən pilotsuz təyyarənin Pakistanın şimal-qərb Xeybər-Paxtunxua regionunda həyata keçirdiyi hücum zamanı 6 nəfərin öldüyü xəbər verilir.

Rəsmilərin dediyinə görə, bu gün həmin regionda həyata keçirilən hücum ilk pilotsuz təyyarə hücumu olub. Belə hücumlar adətən Pakistanın şimal-qərb regionunda, Talibanın fəaliyyətinin geniş olduğu muxtar vilayətə edilir.

Yerli təhlükəsizlik rəsmiləri hücum zamanı ölənlərdən ikisinin Talibanla əlaqədə olan Haqqani şəbəkəsinin üzvü olduğunu bildirib.
XS
SM
MD
LG