Accessibility links

Pakistan rəsmilərinin bildirdiyinə görə, ölkənin şiələrin çoxluq təşkil etdiyi cənub-qərb Kvetta şəhərində zorakılıqlarda əli olmaqda şübhələnilənlərə qarşı əməliyyatlar aparılır.

Kvetta şiələri keçən həftənin şənbə günü qətlə yetirilən 89 qurbanı ordu tərəfindən mühafizə olunmadan dəfn etməkdən imtina edib. Ölkənin baş naziri Raja Pərviz Əşrəf bu gün təhlükəsizlik qüvvələrinin bölgədə əməliyyatlara başlamasına göstəriş verib. Lakin baş nazir bu məsələ ilə bağlı ətraflı məlumat verməyib.

Keçən həftənin şənbə günü və keçən ay yüzə qədər insanın ölümü ilə nəticələnən hücumların məsuliyyətini sünnilərin Ləşkəri-Cəngvi yaraqlı təşkilatı üzərinə götürüb.
XS
SM
MD
LG