Accessibility links

Taliban terror qruplaşmasının Pakistandakı qolu hökumətlə sülh danışıqlarının bərpası üçün bir aylıq atəşkəs elan etdiyini bildirib.

Taliban sözçüsü Şahidullah Şahid bəyan edib ki, yaraqlı qrupunu yuxarı rəhbərliyi bütün kiçik qruplara atəşkəs barədə göstəriş verib.

Atəşkəs hərbi qüvvələrin Pakistanın şimal-qərbində yaraqlıların sığınacaqlarını ardıcıl bir neçə gün hava hücumuna məruz qoymasından sonraya təsadüf edir. Əvvəlki danışıqlar yaraqlıların 23 Pakistan əsgərini öldürdüyünü elan etməsindən sonra yarımçıq dayanmışdı.

Pakistan Talibanı hökuməti devirib şəriət qanunlarının tətbiq edildiyi ölkə qurmaq istəyir. Pakistanda yaraqlıların hücumları nəticəsində on minlərlə insan həlak olub.
XS
SM
MD
LG