Accessibility links

Pakistan rəsmiləri bildirib ki, hərbi qüvvələr 58 Taliban döyüşçüsünü öldürüb. Əməliyyat Taliban döyüşçülərinin Pişəvər şəhəri yaxınliğinda orta məktəbə hücum edərək çoxu uşaq olmaqla 149 nəfəri öldürdükdən bir neçə gün sonra baş verib.

Pakistan artıq üçüncü gündür matəm içindədir. Hərbi qüvvələr Əfqanistan sərhədi yaxınlığında yerləşən Xibər rayonunda 50 militantı öldürüb. Daha səkkiz militant Bəlucistan vilayətində Taliban komandiri də daxil olmaqla zərərləşdirilib.

Hərbi məktəbdə baş verənlər dünyanı şoka salıb və baş nazir Nəvaz Şərifin ölüm cəzası qadağasını ləğv etməyə vadar edib.

Cümə axşamı günü Pakistan ordusu altı təhlükəli terrorist üçün ölüm hökmü imzalayıb.

Hərbi qaynaqlar ölüm hökmü verilənlərin adını açıqlamayıb. Yerli mətbuat adların ancaq ölüm hökmü yerinə yetirildikdən sonra açıqlanacağını bildirib.

Ölüm hökmündən apellasiya müraciəti edilə bilməz və terroristlərin bir neçə gün ərzində asılaraq edam edilməsi gözlənir.

İnsan haqları qrupu Amnesty İnternational və Human Rights Watch Şərifin qərarını pisləyib. Amnesty İnternational bu addımın problemi həll etmək üçün yol olmadığını deyib.

XS
SM
MD
LG