Accessibility links

Pakistanda evdar qadın namizədliyini irəli sürüb


40 yaşlı Badam Zari gələn ay keçiriləcək parlament seçkilərinə qatılacaq

Pakistanın qəbilə ərazisindən olan evdar qadın siyasi tarixə imza atıb.

Pakistanın Əfqanistanla sərhəd şimal-qərb Bacur vilayətindən olan 40 yaşlı Badam Zari gələn ay keçiriləcək parlament seçkilərə namizədliyini irəli sürüb.

Bu bölgədə qadınların çoxu təhsilsizdir və nadir hallarda evdən kənar işlərlə məşğul olur. Onlar ictimai yerlərdə bütün bədənlərini örtən paltar geyərlər.

Zari deyir ki, o, qadınların üzləşdiyi problemləri üzə çıxartmaq istəyir.

Namizədlik sənədlərinə baxan rəsmilər onun bu qərarını alqışlayıblar.

Zarinin yaşadığı Bacur vilayəti Qəbilə Əraziləri Federal İdarəsinin bir hissəsidir. Həmin bu ərazidə Talibanla hərbi qüvvələr arasında qanlı toqquşmalar baş vermişdi.

Taliban qadınların həyatına zorakı müdaxilə ilə öz qanunlarını tətbiq etməklə tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG