Accessibility links

Taliban komandiri Malalanı vətənə qayıtmağa çağırıb, hücuma görə təəssüfünü bildirib

Malala Yousafzai, gives her first speech since the Taliban in Pakistan tried to kill her for advocating education for girls, at the United Nations Headquarters in New York, July 12, 2013. Wearing a pink head scarf, Yousafzai told U.N. Secretary-General Ba

Pakistanda yüksək səviyyəli Taliban rəsmisi yaraqlılar tərəfindən hücuma məruz qalmış Malala Yusufzaiyə məktub yazaraq, hücuma görə təəssüf hissi keçirdiyini bildirib və onu vətənə qayıtmağa çağırıb.

Malalaya yazdığı məktubda Ədnan Rəşid ona qarşı hücum haqda xəbəri şok kimi qarşıladığını bildirib.

Bununla yanaşı o, Malalanın qızların təhsil almasını dəstəklədiyinə görə deyil, Taliban əleyhinə aparılan kampaniyaya görə hədəf alındığını deyib.

Ədnan Rəşid 16 yaşlı Malalanı vətən qayıtmağa, islam və puştu mədəniyyətini qəbul edib qızlar üçün dini mədrəsəyə getməyə çağırıb.

Malala məktəbli qızlarla Pakistanın Svat vadisində yerləşən kənddəki məktəbdən qayıtdığı zaman güllə il vurulmuşdu. Bu hücum nəticəsində onun uşaqların təhsil ala bilməsi üçün apardığı kampaniyaya beynəlxalq səviyyədə diqqətin artmasına gətirib çıxarmnışdı.

Malala Yusufzainin atası Ziyauddin Yusufzai Amerikanın Səsinə məktubun nüsxəsinin ailəyə çatıdırılmadığını və məktub haqda mediadan məlumat aldıqlarını deyib.
XS
SM
MD
LG