Accessibility links

Pakistan talibanı maşın karvanlarına hücumların məsuliyyətini öz üzərinə götürüb


Pakistan talibanı maşın karvanlarına hücumların məsuliyyətini öz üzərinə götürüb

Pakistan talibanı maşın karvanlarına hücumların məsuliyyətini öz üzərinə götürüb

Pakistanın taliban qrupu Əfqanıstandakı NATO və Birləşmiş Ştatlar hərbi qüvvələri üçün yük daşıyan maşın karvanına edilən hücumun məsuliyyətini öz üzərinə götürüb. Talibanın sözçüsü bu gün müxbirlərə bildirib ki, yükün daşınması davam etdikcə, təchizat karvanlarına hücumlar davam etdiriləcək. Bu həmlələr NATO-nun hava hücumlarına görə qısas almaq mahiyyəti daşıyır. Polis bildirir ki, əməliyyatda 3 nəfər həlak olub və təxminən 20 maşın tankeri yandırılıb. Silahlı şəxslər bu gün yük daşıyan ikinci maşın karvanına Bəlucistan vilayətində hücum ediblər. NATO-ya təchizat əsasən Pakistanın şimal-qərbi Torxum sərhəd məntəqəsindən daşınılır.

XS
SM
MD
LG