Accessibility links

Pakistan rəsmiləri ölkənin şimal-şərqində yerləşən Peşavar şəhərində polis forması geymiş yaraqlıların yüksək rütbəli hökumət rəsmisinin ofisinə hücum edərək, təxminən beş nəfəri öldürdüyünü, yeddi nəfəri isə yaraladığını bildirib.

Rəsmilər yaraqlılar arasında olan iki intiharçının hücumçular təhlükəsizlik qüvvələrinə atəş açan zaman üzərlərində olan bombaları partlatdığını deyib.

Ölənlər arasında dörd təhlükəsizlik işçisi və bir yaşlı kişi var.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Lakin Pakistanda Taliban əvvəllər buna oxşar hücumlar həyata keçirib.

Yaraqlılar prezident seçkilərindən əvvəl Pakistanda hücumları intensivləşdirib. Quettada şənbə günü baş vermiş partlayışda 80 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb.

Bu partlayışlara və ötən ay 100-ə yaxın insanın ölümünə səbəb olmuş oxşar insidentə görə məsuliyyəti Laşkar-e-Janqvi qrupu öz üzərinə götürüb.
XS
SM
MD
LG