Accessibility links



Pakistanda Taliban qüvvələri Hakimulah Məsudun məsafədən idarə edilən təyyarənin hücumu nəticəsində ölümündən sonra müvəqqəti liderinin adını açıqlayıb.

Talibanın sözçüsü bazar günü müxbirlərə mərkəzi şuranın başçısı Əsmətullah Şahin Bhittaninin müvəqqəti lider seçildiyini deyib. Bundan əvvəlki məlumatlarda Talibanın başqa bir üzvü olan Səid Xanın Məsudun xələfi olacağı barədə məlumatlar verilmişdi. Müvəqqəti liderin Məsudun yerinə daimi təyin olacağı gözlənilir.

Pakistan hökuməti Məsudun ölümülə nəticələnmiş hücumu pisləyərək, Birləşmiş Ştatların qrupunu liderini öldürməklə Pakistanın Taliban nümayəndələrilə sülh danışıqlarına ziyan vurduğunu bildirib.

Taliban qüvvələri ölkədə islamın sərt formasını tətbiq etmək və Pakistanın ABŞ-la müttəfiqliyinə son qoymaq məqsədilə altı ildir apardığı hərbi kampaniya zamanı əsgərlər, polis işçiləri və mülki vətəndaşlar daxil olmaqla, minlərlə insanı qətlə yetirməkdə günahlandırılır.
XS
SM
MD
LG