Accessibility links

Pakistanda orta məktəblər yenidən açılıb


Pakistanda orta məktəblər bir ay əvvəl Taliban militanlarının Pişəvərdə məktəbə hücum edərək 134 şagirdi və 10 müəllimi öldürməsindən sonra fəaliyyətini bərpa edib.

Pakistanın hərbi rəhbəri general Rahil Şərif dekabrın 16-da hadisənin baş verdiyi hərbi orta məktəbdə şagirdləri salamlayıb.

Pakistan rəsmiləri məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib. Gələcəkdə baş verə biləcək hücumların qarşının alınması məqsədilə Ordunun ictimai məktəbinin ətrafına hündür hasarlar çəkilib və təhlükəsizlik kameraları yerləşdirilib.

Rəsmilər təhlükəsizlik səbəbinə görə bəzi məktəblərin açılmasına icazə verməyib.

Pakistanda Taliban qrupu bildirib ki, məktəbə hücum Pakistan ordusunun üsyançılara qarşı əməliyyatlarına cavab olaraq edilib.

Pakistanla Əfqanıstan sərhədi yaxınlığında yerləşən ərazilər son illər militantların hücumları və təriqət zəmnində zorakılıqlara səhnə olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG