Accessibility links

Pakistan təhlükəsizlik qüvvələri televiziya binasını ələ keçirən yüzlərlə hökumət əleyhdarı nümayişçini telekanalın studiyalarında çıxarmağa müvəffəq olub.

Baş nazir Nəvaz Şərifin istefasını tələb edən nümayişçilər paytaxt İslamabaddakı nümayişdən canlı yayım verən Pakistan Televiziyasına basqın edib.

Daha sonra polis taxda dəyənəklərlə silahlanmış və baş nazirin iqamətgahına doğru irəliləyən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Televiziya stansiyasında müxalifət lideri İmran Xan çıxış edərək cənab Şərifin Pakistana rəhbərlik etməyə layiq olmadığını bildirib.

Nümayişlərin artıq həftələrdir davam etməsinə baxmayaraq Xan deyib ki, baş nazir istefa verməyənədək hökumət əleyhinə nümayişlərə son qoyulmayacaq.

XS
SM
MD
LG