Accessibility links

Pakistanda islamçı qrupların fəaliyyəti qadağan olunur [Təhlil]


Pakistanın qonşu Hindistan və Əfqanıstanda terror hücumları həyata keçirən iki yaraqlı qrupu mövcüddür. Bu xəbər ABŞ prezidenti Barak Obamanın bu həftə Dehliyə edəcəyi səfərindən az öncə yayımlanıb.

Son günlər Pakistanda terror fəaliyyətlərini dəstəkləyən çox sayda İslamçı qruplaşmaların fəaliyyətinə qadağa qoyulub. Belə qruplaşmalara qarşı repressiyalar keçən ay Pişəvərdə məktəbə edilən hücumdan sonra başlayan anti-terror kampaniyasının bir hissəsidir.

2014-cü il, 16 dekabrda talibanın Pakistan mətkəbində qətliam törətməsi ictimai rəyi islamçı militantlara qarşı çevirib.
2014-cü il, 16 dekabrda talibanın Pakistan mətkəbində qətliam törətməsi ictimai rəyi islamçı militantlara qarşı çevirib.

Bu siyahıya ictimaiyyət tərəfindən o qədər də tanınmayan “Cəmaətüd-Dava” təşkilatı və “Haqqani” şəbəkəsi da daxil edilib.

Bu iki yaraqlı təşkilatın uzun zaman Vaşinqton və Dehli ilə əlaqəsi olub. ABŞ və Əfqanıstan rəsmiləri Pakistandakı “Haqqani” şəbəkəsinin ölkənin casusluq təşkilatının yardımı ilə Əfqanıstanda ölümcül hücumlar həyata keçirdiyini deyir. Vaxtilə “Ləşkəri-Təyyibə” adı ilə tanınan, hazırda isə adı ”Cəamətüd- Dava” təşkilatı isə Hindistanda terror hücumları həyata keçirməkdə ittiham edilir.

Əgər BMT-nin Sanksiyalar Komitəsi Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən hər hansı fərdin fəaliyyətinə qadağa qoyursa biz bu qərarı təcili olaraq həyata keçirməliyik.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tasnim Aslam deyib ki, BMT Sanksiyalar Komitəsinin planına əsasən hökumət hər hansı İslamçı qrupa qarşı təcili olaraq ölçülər götürməlidir. O, ”Cəamətüd- Dava”nın fəaliyyətinə bir müddət qadağa qoyulmalı olduğunu deyib. “Əgər BMT-nin Sanksiyalar Komitəsi Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən hər hansı fərdin fəaliyyətinə qadağa qoyursa biz bu qərarı təcili olaraq həyata keçirməliyik.”

”Cəamətüd-Dava” Pakistanın İslam təşkilatının Kəşmirdəki hücumlarını da dəstələyir. Məhkəmə təşkilatın 7 üzvünə qarşı 166 nəfərin ölümü ilə nəticələnən Mumbay hücumunda əli olmaq ittihamı irəli sürüb.

Tənqidçilər isə belə qruplaşmaların fəaliyyətinə qadağa qoyulmasının müsbət nəticə verəcəyinə şübhə ilə yanaşırlar. Onlar Pakistanın əvvəlki qərarlarına istinadən deyirlər ki, vaxtilə qadağa qoyulan onlarla təriqət və yaraqlı təşkilatıları adlarını dəyişərək, başqa adlarla fəaliyyət göstəriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG