Accessibility links

Pakistanda terrorizmlə mübarizə gücləndirilir


Baş nazir pakistanlı uşaqların qanlarının yerdə qalmayacağını bildirib

Pakistanın baş naziri Navaz Şərif hökümətin ötən həftə məktəb qətliamına cavab olaraq terror şübhəlilərinin yeni təsis olunmuş hərbi məhkəmədə mühakimə olacağını bildirir.

Nazirlər kabineti və digər yüksək-vəzifəli rəsmilərlə görüşdən sonra cənab Şarif hərbi məhkəmələrin terrorçuları sürətli şəkildə mühakimə edəcəyini bildirib.

Baş nazir pakistanlı uşaqların qanlarının yerdə qalmayacağını deyib. Dekabrın 16-sı Pişəvərdə yerləşən hərbi məktəbdəki qətliamdan məsulliyət Taliban daşıyır.

Məktəbdə əksəriyyəti şagird olmaqla, 15 insan güllələnib. Taliban hücumun şimali Pakistanda militantlara qarşı hərbi təşviqata cavab olduğunu bildirib.

Pakistan ölüm hökmünün qaldırılması ilə bağlı qərara istinad edərək, terrorçuların cəzadan qaça bilməyəklərini bildirib.

Bu qərar insan haqları fəalları tərəfindən tənqid edilib, lakin siyasətçilərin hökümətin qətiyyətli mövqeyi yüksək qiymətləndirilir.

Pakistanın yeni Talibanı məhvetmə planına terror qruplarının maliyyələşdirilməsi və qadağan edilən qrupların yeni ad altında fəaliyyətlərinə davam etmələrinin qarşısının alınması daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG