Accessibility links

Pakistan təyyarəsinin qara qutusu aşkar edilib


Qutu dekodlaşdırılması üçün xaricə göndərilir

Pakistanın aviasiya rəsmilərinin bildirdiyinə görə,152 sərnişinin ölümü ilə nəticələnən təyyarə qəzasını araşdıran təhqiqat heyəti təyyarənin qara qutusunu aşkar edib. Bu gün qutunun dekodlaşdırılması üçün xaricə göndərildiyi bildirilir. Beləliklə təyyarənin qəzasına nəyin səbəb olduğu aydınlaşdırıla bilər. Pakistan rəsmiləri güclü yağışların təhdiqatı çətinləşdirdiyini bildirir. Xatırladaq ki, təyyarə Kəraçidən islamabada gedərkən qəzayə uğramışdı. Təxminlərə görə qəzaya hava şəraiti səbəb olmuşdu.

XS
SM
MD
LG