Accessibility links

Pakistanda universitetə hücumdan sonra matəm elan edilib


Pakistani civil society activists condemn the attack on Bacha Khan University, in Islamabad, Pakistan, Jan. 21, 2016.

Pakistani civil society activists condemn the attack on Bacha Khan University, in Islamabad, Pakistan, Jan. 21, 2016.

Pakistanda universitetdə 21 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnmiş hücumdan sonra matəm elan edilib, ölkədə bayraqlar yarıya endirilib. Hücum nəticəsində ölənlərin çoxu tələbələrdir. Məktəblər və təhsil mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Baş nazir Nəvaz Şərif dörd nəfər terrorçudan ibarət qrupun Çarşadda şəhərində Baça Xan universitetinə hücum zamanı ölənlərin xatirəsinin anılması üçün matəm elan edib.

Beynəlxalq ictimaiyyət hücumu kəskin şəkildə qınayıb. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner: ”Bu, Peşəvərdə 2014-cü ilin dekabrında təhlükəsizlik qüvvələrinin uşaqları üçün məktəbdə 150 nəfərin ölümülə nəticələnən hücumdan sonra ikinci belə hücumdur. Bu, hökumətin ekstremizmə qarşı mübarizə aparmaq üçün Milli Fəaliyyət Planı hazırlamasına səbəb oldu.”

Taliban qrupunun bir qanadı hücumun məsuliyyətini öz üzərinə götürüb. Pakistanlı təhlilçi Moenn Şeema Amerikanın Səsinə deyib ki, ekstremistlər belə görünür, hökumətin gördüyü tədbirlərə baxmayaraq, cəzasız qalaraq hücuma keçə biləcəklərini göstərmək istəyir.

Onun sözlərinə görə, insident ölkənin şimal-qərb sərhəd bölgəsində hökumətin ekstremizmə qarşı mübarizəsinin inkişafı qarşısında bir sınaqdır. O deyib ki, bu mübarizə hərbi yolla yanaşı, iqtisadi inkişaf və ədliyyə sistemində islahatlarla bərabər aparılmalıdır.

XS
SM
MD
LG