Accessibility links

Pakistan prezidenti ABŞ-a səfəri zamanı prezident Obama ilə görüşəcək

  • Amerikanın səsi

Pakistan prezidenti ABŞ-a səfəri zamanı prezident Obama ilə görüşəcək

Pakistan prezidenti ABŞ-a səfəri zamanı prezident Obama ilə görüşəcək

Ağ Ev bildirir ki, Pakistan prezident Asif Əli Zərdari ABŞ diplomatı Riçard Holbrukun xatirə mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlara səfər etdiyi zaman prezident Barak Obama ilə görüşəcək. Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, cənab Zərdari cümə günü ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəri olmuş Riçard Holbrukun anım mərasimində iştirka edəcək və cənab Obama ilə danışıqlar aparacaq. Dövlət başçılarının iqtisadi islahatlar, demorkatiyaya dəstək və terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcəyi gözlənilir. Cənab Zərdarinin ABŞ Dövlət katibi Hillari Klintonla da görüşü planlaşdırılıb.

XS
SM
MD
LG