Accessibility links

Pakistan parlamenti ABŞ-ın pilotsuz təyyarələrinin uçuşlarının dayandırılmasına çağırır


Pakistan parlamenti Birləşmiş Ştatlar və NATO ilə əlaqələrin yeni şərtlərini yekdilliklə təsdiq edərək, Pakistan ərazisində ABŞ-ın pilotsuz təyyarələrinin uçuşlarının dərhal dayandırılmasına çağırır.

Qanunvericilər keçən il noyabr ayında NATO-nun sərhəddə 24 adamın ölümülə nəticələnmiş hava hücumlarından sonra ABŞ-la əlaqələrin yenidən nəzərdən keçirilməsinə başlamışlar. Hücum ABŞ və Pakistan arasında münasibətlərin ən aşağı səviyyəyə düşməsinə və Pakistanın NATO qüvvələrinin Əfqanıstana təchizat çatdırdığı yolu bağlaması nəticələnmişdir.

Pakistanın Baş naziri yusuf Raza Gilani parlamentdə qanunvericilərə deyib ki, onun hökuməti sərhəddə koalisiya qüvvələrinin hücumlara görə qeyd şərtsiz üzr istəməsi də daxil olmaqla, tövsiyələrə əməl olunmasını təmin edəcək.

Yeni şərtlərə habelə Pakistan ərazisinə heç bir bəhanə ilə daxil olmaq imkanının verilməməsi və xarici ölkələrin kəşfiyyat agentlərinin ölkə ərazisində fəaliyyətinin qadağan olunması daxildir.

Əl-Qaidə lideri Üsəma Bin Laden ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Pakistanın Abbotabad şəhərində keçən il may ayında keçirdiyi əməliyyat nəticəsində öldürülmüşdü.

XS
SM
MD
LG