Accessibility links

Pakistan ABŞ Müdafiə nazirinin iddialarına kəskin reaksiya verib (YENİLƏNİB)

  • Amerikanın səsi

ABŞ Müdafiə naziri Leon Panetta

ABŞ Müdafiə naziri Leon Panetta

Pakistan ABŞ Müdafiə naziri Leon Panettanın Əfqanıstanda Amerika əsgərlərinə qarşı hücumlar keçirmək üçün yaraqlılara öz ərazisindən istifadə etmək imkanı verdiyinə dair iddiaları rədd edib.

Pakistanın Xarici İşlər nazirliyi iyunun 9-da açıqladığı bəyanatda Vaşinqtonu kəskin tənqidlərə məruz qoyaraq, Leon Panettanın mürəkkəb məsələləri sadələşdirdiyi deyilir.

Xarici İşlər nazirliyi bəyanatı Pakistan prezidenti Asif Əli Zərdarinin Çinə səfəri zamanı eyni tənqidi açıqlamalarının ardınca verib.

Bəyanatda Panettanın bu həfə Kabildə verdiyi açıqlamalar ergionda sülh və sabitliyə nail olmaq işinə kömək etmədiyi bidirilir.

Xarici İşlər nazirliyi bildirir ki, Pakistan öz ərazisindən başqa heç bir ölkəyə qarşı istifadə etməyə icazə verməyəcəyini və yaraqlılara sığınacaq verilməyəcəyini dəfələrlə bəyan edib.

ABŞ Müdafiə naziri deyib ki, yaraqlılar Pakistanda sığınacaq tapmağa davam edənə qədər Əfqanıstanda sabitlik səyləri çətinliklərlə qarşılacaq.

XS
SM
MD
LG