Accessibility links

Pakistan Üsama Bin Ladenin ailəsinin vətənlərinə göndəriləcəyini bildirib


Pakistan Üsama Bin Ladenin ailəsinin vətənlərinə göndəriləcəyini bildirib

Pakistan Üsama Bin Ladenin ailəsinin vətənlərinə göndəriləcəyini bildirib

ABŞ-ın keçirdiyi reyd zamanı Üsama Bin Ladeni öldürməsi ilə bağlı təhqiqat aparan Pakistan komissiyası Əl-Qaidə liderinin ailəsinin onun icazəsi olmadan repatreasiyasına icazə vermir. May ayının 2-də keçirilən reyddən sonra Bin Ladenin üç arvadı və bir neçə uşağı Pakistanda nəzarət altında saxlanılır.

Pakistan rəsmiləri birinin Yəməndən, ikisinin isə Səudiyyə Ərəbistanından olan arvadların repatriasiya oluna biləcəyini bildirib. Lakin komissiya bu gün bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi və Kəşfiyya Agentliyinin razılığı olmadan Bin ladenin ailəsi vətənlərinə qaytarıla bilməz. Rəsmilər Əl-Qaidə liderinin ən cavan arvadının bu yaxınlarda Yəmənə göndərilə biləcəyini deyir.

XS
SM
MD
LG