Accessibility links

Pakistan hərbi hava qüvvələrinin bu gün Əfqanıstanla sərhəddəki qəbilələrin yaşadığı Şimali Vəziristan vilayətində həyata keçirdikləri hücumlar zamanı 27 terrorçunun öldürüldüyü deyilir. Məlumatda qırıcı təyyarələrin terrorçuların altı hədəfini nişan aldığı deyilir.

Rəsmilərin məlumatına görə, öldürülən terrorçuların çoxu regiona gəlmiş Özbəkistan İslamçı Hərəkatının döyüşçüləri olub. Qaçmağa çalışan döyüşçüləri ələ keçirmək üçün isə Pakistanla Əfqanıstan sərhədində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ordu dünən də Şimali Vəziristanda keçirdiyi hərbi əməliyyatlar zamanı da çoxu özbək terrorçu olmaqla, 80 nəfərin öldürüldüyünü bildirmişdi.

Bu hərbi əməliyyatlar keçən həftə Kəraçi aeroportunda 10-u yaraqlı olmaqla, 40 nəfərə yaxın insanın ölümü ilə nəticələnən hücumdan sonraya təsadüf edir.
XS
SM
MD
LG