Accessibility links

Kəraçidə zorakılıqlardan sonra seçicilər səs verməyə gedir

  • Amerikanın səsi

Kəraçidə zorakılıqlardan sonra seçicilər səs verməyə gedir

Kəraçidə zorakılıqlardan sonra seçicilər səs verməyə gedir

Pakistanın cənubunda Kəraçi şəhərində seçicilər zorakılıqlar zamanı 21- nəfərin həlak olmasından bir gün sonra, bu gün vilayət parlamentinə əlavə seçkilərdə səs verir. Polis şənbə günü qətllərdə şübhəli bilinən azı 20 nəfəri həbs etdiyini bildirib. Seçicilər avqust ayında qətlə yetirilmiş vilayət parlamentinin üzvünün yerinə yeni namizədə səs verir. MQM partiyasının üzvü Reza Heydərin güllə ilə vurulub öldürülüməsindən sonra baş vermiş zorakılıqlarda 85 nəfər həyatını itirmişdi. MQM əsas etibarilə urdu icmasını, rəqib ANP partiyası isə puştuları təmsil edir. Hər iki partiya Heydərin ölümündən sonra baş vermiş zorakılıqlarda bir-birini ittiham edir.

XS
SM
MD
LG