Accessibility links

Pakistanda raket hücumu nəticəsində 3 əsgər həlak olub

  • Amerikanın səsi

Pakistanda raket hücumu nəticəsində 3 əsgər həlak olub

Pakistanda raket hücumu nəticəsində 3 əsgər həlak olub

Pakistanın şimal-qərb bölgəsində üsyançı olduğundan şübhələnilən silahlı şəxslərin raket hücumu nəticəsində üç əsgər həlak olub, 23 əsgər yaralanıb. Rəsmilərin bildirdiyinə görə, raketlər Müstəqillik gününə hazırlıqlar Şimali Vəziristan regionunun əsas şəhəri olan Miranşah şəhərində yerləşən hərbi bazaya dəyib. Hücum Müstəqillik gününə hazırlıqlar gedən vaxt baş verib. Eyni zamanda, Pakistanın cənub-qərb bölgəsində Bəlucistan vilayətinin rəsmiləri iki mərtəbəli mehmanxanada baş vermiş hücum nəticəsində üç nəfərin həlak olduğunu bildirir. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG